Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün MOİK öz meydanında "Şimal"ı qəbul edib. Qarşılaşma "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
MOİK 1/8 finalda Premyer Liqa təmsilçisi "Sumqayıt"la üz-üzə gələcək.
MOİK - "Şimal" 3:1
Qollar: C.Tağıyev, 17, B.Soltanov, 55, C.Abbaszadə, 90+1 - M.Ağayev, 90+3