Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra "Mingəçevir", "Qaradağ Lökbatan", "Şamaxı" və "Difai" 1/8 finala yüksəlib.
Bu raundda "Difai" "Neftçi" ilə, "Şamaxı" "Zirə" ilə, "Mingəçevir" "Araz-Naxçıvan"la, "Qaradağ Lökbatan" isə "Səbail"lə qarşılaşacaq.
30 oktyabr (çərşənbə)
“Şamaxı” – “Şəmkir” - 6:1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov
Şamaxı şəhər stadionu
“Mingəçevir” – “Zaqatala” - 1:0
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu
“Qaradağ Lökbatan” – “Karvan” - 3:0
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev
Lökbatan OİK stadionu
“Şəfa” – “Difai” - 2:3
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev
“ASK Arena”