"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 2018-ci il finalında "qırmızılar"ın hücumçusu Məhəmməd Salahı zədələyən "Real"ın sabiq müdafiəçisi Serxio Ramos haqda danışıb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis həmin anları xatırlayaraq fikirlərini Toni Kroosun podkastında bölüşüb:
"Cənab Ramos əla komanda yoldaşıdır? Bununla razılaşmaq mənim üçün çətindir. O, mənim sevimli futbolçum deyil. Həmişə mərkəz müdafiəçilərimin yaxşı olduğunu fikirləşmişəm. Onun o zaman ağıllı hərəkət etdiyi güman edilir. Amma o, Salahın çiynindən zədə aldığını başa düşməyə bilməzdi və buna baxmayaraq, həmin hərəkəti etmişdi. Bu zehniyyəti heç vaxt başa düşməyəcəyəm. Bütün komandalarımı xatırlaya bilərik, mənim heç vaxt belə oyunçularım olmayıb. Olsa belə, əminəm ki, onların sayı çox deyildi. Sonra isə qaçırdığımız qollar... O gün düşündüm: “Hər şeyin belə olmasına səbəb olan nə səhv etmişik?” O gün bütün bunlar ədalətsizlik kimi qəbul edildi".
saytlarin hazirlanmasi