Fransa millisinin və PSJ-nin forvardı Randal Kolo-Muani İtaliyaya yollanmağa hazırlaşır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransalı hücumçu "Yuventus"un maraq dairəsindədir.
25 yaşlı futbolçu PSJ-də istədiyi qədər oyun praktikası qazanmadığı üçün Fransadan ayrılmaqda israrlıdır.
Hazırda "Yuventus"la danışıq aparan Randal qışda Turin klubu ilə müqavilə imzalayacaq. Ən pis halda isə onun "Yuventus"a icarəyə veriləcəyi gözlənilir.
Onun PSJ ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi