"Napoli" qapıçı Aleks Mereti buraxmaq niyyətində deyil.
Sportal.az “calciomercato”ya istinadən xəbər verir ki, italiyalı qolkiperə İngiltərənin böyük klublarından təklif olsa da, Neapol təmsilçisi müqavilə müddətini artırmaq niyyətindədir.
Belə ki, “Napoli” Meretin müqaviləsini 2028-ci ilə qədər artırmağı planlaşdırır. 27 yaşlı qapıçının İtaliya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, bundan qabaq “Udineze”, SPAL klublarının da qapısını qoruyub.