"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram növbəti dəfə Moldova milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, Sergey Kleşşenkonun rəhbərlik etdiyi yığma UEFA Millətlər Liqası çərçivəsində 2 matç keçirəcək.
Moldovalılar noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqlə üz-üzə gələcəklər.
Azərbaycan klubunun qolkiperi noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq. Xatırladaq ki, Avram 2021-ci ildən çağırıldığı yığmada indiyədək 10 oyun keçirib.
saytlarin hazirlanmasi