Tacikistanın U-17 yığmasının yarımmüdafiəçisi Muhammed Nəzriyev milli komandaların bir oyunda vurduğu qollara görə rekorda imza atıb.
Sportal.az xəbər verir ki, taciklər 2025-ci il Asiya Kubokunun seçmə mərhələsində Quamdan olan həmyaşıdlarını ev oyununda 33:0 hesabı ilə qalib gəlib.
16 yaşlı futbolçu 14 qol vurub və bu da Beynəlxalq Futbol Federasiyasının (FİFA) bayrağı altında keçirilən milli komandaların oyunlarında bir futbolçu üçün rekorddur.
Oyunda daha 6 qolun müəllifi Nazrullo Aşuralizoda, Umed Cafoev(het-trik), Xaidarşo Xudoydodov, Pərviz Bobonazarov və Əsədbek Maxtumov hərəyə iki qol vurub.