"Mançester Yunayted"in baş məşqçisi vəzifəsini icra edən Rud van Nistelroy təyinatı ilə bağlı danışıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu kimi çıxış etdiyi komandanı çalışdırdığı üçün xoşbəxt olduğunu dilə gətirib:
"Özümü "Mançester Yunayted"in baş məşqçisi kimi sınamaq mənim üçün böyük şərəfdir. Nəticələrə baxmayaraq, mən buraya qayıtdığım üçün şadam. "Mançester Yunayted" bu mövsüm nadir hallarda əsl potensialını nümayiş etdirdi. Çalışacağıq ki, daha yaxşısını edək".
Bu mövsüm İngiltərə Premyer Liqasında 9 turdan sonra "mankunianlılar" 11 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Erik ten Haq ötən həftə postundan göndərilib.
saytlarin hazirlanmasi