Amil Yunanov "Biliş"dən ayrılıb.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu ötən ay bir illik müqavilə bağladığı komandada qalmayıb.
Superliqa klubunun heyətində cəmi bir oyuna çıxan Yunanovun komandadan ayrılmasının səbəbi şans görməməsi və maliyyə ilə bağlıdır.
Qeyd edək ki, ondan əvvəl bu komandada köməkçi məşqçi kimi çalışan Rüfət Quliyev də Azərbaycana qayıtmışdı.
saytlarin hazirlanmasi