“Real”ın baş məşqçisi Karlo Ançelotti sərəncamında Argentina millisinin və “Çelsi”nin üzvü Enzo Fernandesi görmək istəyir.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis onun transfer edilməsini rəhbərlikdən xahiş edib.
Artıq “Real” rəhbərliyi Enzoya görə “Çelsi” ilə danışıqlara start verib. Fernandesin transferi üçün Madrid klubu Orelyan Tçuamenini satmağa da hazırdır. 23 yaşlı yarımmüdafiəçinin “Çelsi” ilə müqavilə müddəti 2032-ci il iyunun 30-na qədərdir.
O, buna qədər “Defensa”, “Rivert Pleyt” və “Benfika”da oynayıb.
saytlarin hazirlanmasi