İngiltərə Premyer Liqasının 15-ci turunun bu gün keçirilməli olan oyunlarından biri təxirə salınıb.
Sportal.az xəbər verir ki, söhbət "Everton" - "Liverpul" matçından gedir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
"Qudison Park"da baş tutmalı olan Mersisayd derbisi əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Matçın nə vaxt oynanılacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, "Everton" - "Liverpul" qarşılaşması saat 16:30-da start götürməli idi.
saytlarin hazirlanmasi