"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis vətənində çalışacaq.
45 yaşlı məşqçi Ployeşti təmsilçisi "Petrolul"la anlaşıb.
Mutu ilə anlaşma 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, o, "Neftçi"də 2021-ci ilin iyulundan dekabrına qədər baş məşqçi olub.
saytlarin hazirlanmasi