"Tottenhem" "Milan"la danışıqlara başladı

18:04 - 2 Yanvar 2025

"Tottenhem" "Milan"ın futbolçusu Fikayo Tomorini transfer etmək istəyir. 

Sportal.az "Sky Sports" a istinadən xəbər verir ki, İngiltərə klubu Tomori üçün artıq qarşı tərəflə danışıqlara başlayıb. 

London təmsilçisinin heyətində hazırda sağlam mərkəz müdafiəçisi Rüdu Draquşin qalıb. Ona görə də "Tottenhem" Tomorinin keçidini bu qış həll etmək istəyir. 

Tomori bu mövsüm "Milan"ın heyətində 9 oyun oynayıb. 27 yaşlı futbolçunun " rossonyerlər"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti