"Beşiktaş" İsveç millisinin üzvünü transfer etmək istəyir

17:22 - 1 Yanvar 2025

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Antverpen"də çıxış edən Yakob Ondreykanı transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Beşiktaş" isveçli vinger üçün "Antverpen"ə təklif göndərib. Belçika klubu 22 yaşlı ön xətt oyunçusu üçün 7 milyon avro tələb edir.

Qeyd edək ki, "Antverpen" Yakob Ondreykanı ötən ilin yayında "Elfsborq"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 22 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimidir.

Xəbər xətti