"Əl-Hilal"ın müdafiəçisi "Qalatasaray"a təklif olundu

17:09 - 30 Dekabr 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Hilal"da çıxış edən Xalidu Kulibalini heyətinə qata bilər. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu seneqallı mərkəz müdafiəçisini menecerlər vasitəsilə "Qalatasaray"a təklif edib. "Sarı-qırmızılar" 31 yaşlı futbolçunun maaşının bir qismini qarşılamaqla onu mövsümün sonuna kimi icarəyə götürməyə isti yanaşır.

Qeyd edək ki, "Əl-Hilal" Xalidu Kulibalini ötən ilin yayında "Çelsi"dən transfer edib. Seneqal millisinin üzvü bu mövsüm Asiya təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol vurub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır.

Xəbər xətti