"Mançester Yunayted" Maquayrla bağlı qərar verdi

19:52 - 30 Dekabr 2024

Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Harri Maquayrın klubdakı gələcəyi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingilis müdafiəçinin qalmasını istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Maquayr baş məşqçi Ruben Amorimin etimadını qazana bilib. Klub 31 yaşlı mərkəz müdafiəçisinə 1 illik yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin avqust ayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti