Yunanıstan mətbuatı "Qarabağ"ın forvardının mümkün gedişi haqda: "Olimpiakos"un xeyrinə olan transfer

14:48 - 30 Dekabr 2024

Yunanıstan mətbuatı “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun “Sevilya”ya mümkün transferindən yazıb. 

Sportal.az xəbər verir ki, “Novasports” nəşri bununla bağlı “Olimpiakos”un xeyrinə olan transfer” başlıqlı məqalə dərc edib: “Sevilya” "Qarabağ"la müqavilə müddəti 2026-cı ilə qədər olan 28 yaşlı braziliyalı hücumçu Juninyonu almaq üçün danışıqlar aparır. Juninyo 2023-cü ilin yayında “Şaviş”dən cəmi 450 min avroya transfer edilib. 

O, bütün yarışlarda 82 matçda 41 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu mövsüm onun aktivində 10 qol və 3 məhsuldar ötürmə var, amma deyəsən o, mövsümü Azərbaycanda başa vurmayacaq. Klublar arasında razılıq əldə olunarsa, Avropa Liqasının əsas mərhələsinin sonuncu turunun yanvarın 30-da “Olimpiakos”a qarşı keçirəcəkləri səfər matçı üçün “Qarabağ”ın ixtiyarında ən yaxşı oyunçularından biri olmayacaq".

Xəbər xətti