"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev ötən həftə Türkiyədə bduundan əməliyyat edilib. Müdafiəçinin nə vaxt geri qayıdacağı isə bəlli yenilik var.
Sportal.az saytına verilən məlumata görə, 25 yaşlı futbolçu yenidən Türkiyəyə yollanacaq. Amma bu dəfə komandası ilə birlikdə. O, məhz Türkiyədə fərdi məşqlərə başlayacaq. Məhz orada olduğu müddətdə futbolçunun kollektivlə məşqlərə qoşulub-qoşulmayacağına qərar veriləcək.
O, bu mövsüm “Turan Tovuz”un heyətində 17 oyuna çıxıb və 2 qol vurub.
Qeyd edək ki, Faiq Hacıyev sol qasıq kanalında yırtıq diaqnozu qoyulduğu üçün cərrahiyyə əməliyyatı keçirib. Əlavə edək ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektivin qış təlim-məşq toplanışı yanvarın 4-dən 13-nə qədər Türkiyənin Antalya şəhərində baş tutacaq.
saytlarin hazirlanmasi