“Neftçi” baş məşqçi vəzifəsinə Viktor Qonçarenkonu nəzərdən keçirir.
Sportal.az Rusiyanın “Sport Ekspress” nəşrinə istinadən xəbər verir ki, ukraynalı məşqçi Yuri Vernidubla bağlı vəziyyətin dondurulmasından sonra, Bakı klubunun rəhbərliyi yenidən belaruslu mütəxəssisə göz dikib.
Rusiya mətbuatının iddiasına əsasən, “Neftçi” ÇSKA-nın(Moskva) sabiq çalışdırıcısı ilə danışıqlar aparır.
48 yaşlı mütəxəssis BATE(Borisov), “Kuban”, “Ural”, “Ufa”, “Krasnodar”, “Nijnı Novqorod” klublarında işləyib.
saytlarin hazirlanmasi
