Millimizin üzvünün komandası kubok qazandı, paylaşım etdi - FOTO

14:22 - 30 Dekabr 2024

Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev formasını geyindiyi “Eqnatiya”nın heyətində ilk titulunu qazanıb.

Sportal.az xəbər verir ki, müdafiəçi məxsus olduğu klubun heyətində Albaniya superkubokunun sahibi oldu. Belə ki, onun komandası həlledici görüşdə "Kukesi"ni 2:0 məğlub edərək kuboku əldə edib. Bununla bağlı Əliyev instaqram səhifəsində paylaşım edərək belə yazıb:

"Əla komanda işi! Ümid edirəm ki, birlikdə daha çox çempionluqlar qazanacağıq. Bizi hər zaman dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik".

Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də "Eqnatiya"ya keçib və 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.

Xəbər xətti