Uğursuz mövsüm keçirən "Mançester Yunayted" heyətini gücləndirə bilmir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin maliyyə qaydalarına görə qışda yeni oyunçu transfer etməsi çətin görünür. Bu barədə komandanın baş məşqçisi Ruben Amorim məlumat verib.
"Mançester Yunayted" yeni futbolçular transfer edə bilmək üçün öncə oyunçu satışı etməlidir. "Qırmızı şeytanlar"ın əlində olan futbolçulardan hər hansı birini satmadan yeni transfer etməsi qeyri-mümkündür.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 19 turdan sonra 22 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi