Almaniyanln "Bayer" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, son Bundesliqa çempionu "Veles Sarsfild"dən Alexo Sarkonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bayer" Argentina U-20 milliinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Alexo Sarko "Veles Sarsfild"in yetirməsidir. 18 yaşlı forvard Argentina klubunun əsas komandasının heyətində keçirdiyi 14 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi