İtaliya millisinin üzvü ilə müqavilə imzalandı - RƏSMİ

16:33 - 2 Yanvar 2025

İtaliyanın "Torino" klubu Avropa nəhənglərinin transfer siyahısında olan Samuele Riççi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya millisinin üzvü 2028-ci ilin yayına kimi "buğalar"a məxsus olacaq.

Qeyd edək ki, "Torino" Samuele Riççini 2022-ci ilin yanvar ayında "Empoli"dən transfer edib. 23 yaşlı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti