Almaniyanın "Hoffenhaym" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Lion"dan Gift Orbanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Hoffenhaym" nigeriyalı forvard üçün Fransa klubuna 9+3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Lion" Gift Orbanı bu ilin yanvar ayında "Gent"dən transfer etmişdi. 22 yaşlı hücumçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi