Türkiyənin "Qalatasaray" klubu qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" İstanbulun digər klubu "Eyüpspor"da çıxış edən Ahmed Kutucunu transfer etmək istəyir. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk türk vingerin transferini rəhbərlikdən istəyib. "Cim bom" 24 yaşlı futbolçu üçün qarşı tərəfə 2,5 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Eyüpspor" Ahmed Kutucunu ötən ilin yayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi