"Yuventus" müdafiə xəttini gücləndirmək üçün "Barselona"nın futbolçusu Andreas Kristensenlə danışıqlara başlayıb.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu üçün artıq məxsus olduğu kluba müraciət edib.
Amma danimarkalını transfer etmək asan olmayacaq.
Məsələ burasındadır ki, "Mançester Yunayted" də Kristensenin transferində maraqlıdır.
Kristensen bu mövsüm "Barselona"nın heyətində bir oyunda iştirak edib və zədələnib. Onun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi