"Astana"nın futbolçusu Usman Kamara karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qarabağ" qvineyalı vingeri transfer etmək istəyir. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
"Qarabağ"ın Kamara üçün onun klubuna 900 min avro ödəməyə hazır olduğu bildirilir. Türkiyədən "Sivasspor" da 26 yaşlı ön xətt oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, "Astana" Usman Kamaranı 2024-cü ilin yanvar ayında Tbilisi "Dinamo"sundan transfer edib. Qvineya millisinin üzvü Qazaxıstan təmsilçisinin heyətində keçirdiyi 40 rəsmi matçda 8 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 700 min avrodur.
saytlarin hazirlanmasi