"Liverpul"un hücumçusu Darvin Nunes komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi uruqvaylı futbolçunun performansından məmnun deyil. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" Nunesi satmağı düşünür. Mersisayd təmsilçisi 25 yaşlı forvardı satıb onun yerinə "İnter"dən Markus Türamı və ya "Nyukasl"dan Aleksander İsakı transfer etməyə çalışacaq.
"Milan" Darvin Nunesin xidmətində maraqlıdır. İtaliya klubu onun üçün 45+5 milyon avroluq təklif göndərməyi düşünür.
Qeyd edək ki, "Liverpul" Darvin Nunesi 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi