Misirli hücumçu "Mançester Siti"yə keçə bilər

16:21 - 30 Dekabr 2024

"Ayntraxt"ın hücumçusu Omar Marmuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Siti" misirli futbolçunu transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Şəhərlilər" Marmuşu yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Mançester Siti" 25 yaşlı forvard üçün Almaniya klubuna 40 milyon funt-sterlinq təklif edəcək.

Qeyd edək ki, "Ayntraxt" Omar Marmuşu ötən ilin yayında "Volfsburq"dan transfer edib. Misir millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti