Terim "Qalatasaray"lını "Əl-Şabab"a dəvət etdi

16:22 - 29 Dekabr 2024

Mərakeş millisinin üzvü Hakim Ziyeş "Qalatasaray"da qalmayacaq.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu “Əl-Şabab”dan təklif alıb.

Belə ki, Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terim mərakeşlini sərəncamında görmək istəyir.

Ziyeşin “Qalatasaray”la müqavilə müddəti isə 2025-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti