Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi Polşanın “Radomyak” klubu baş məşqçisi ilə yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, başqa klubdan təklif alan və bundan yararlanmaq qərarına gələn portuqaliyalı Bruno Baltazar komandada qalmayıb.
Polşa klubunun yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.
Hazırda Məmmədovun komandası 20 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi