"Çempionat başlayanda bilinirdi ki, bu mövsümün də çempionu “Qarabağ”dır. Bu komanda ölkə çempionatında bütün komandalardan güclüdür. Komandamız Avropa Liqasında da pis çıxış etmir. Daha yaxşı çıxış etmək üçün transferlərə ehtiyac var. İnanırıq ki, gələn il avrokuboklarda “Qarabağ”ın uğurlarını görəcəyik".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Samir Musayev deyib.
Ağdam təmsilçisinin veteran hücumçusu Avropa Liqasının növbəti iki görüşündə FKSB və “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın qələbə qazanmaq şanslarının yüksək olduğunu bildirib: "Əlbəttə ki, “Qarabağ” bu görüşlərdə qələbə qazanacaq. Biz buna çox inanırıq. Çünki “Qarabağ” rəqiblərindən üstün futbol sərgiləyir. Daxili çempionatda da komandamız öz yolu ilə gedir. Məncə, Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur. Bunu bütün komandalar bilir. Üstəlik, nəzərə alaq ki, “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oyunlara çıxır. Ancaq yenə də onunla mübarizə aparacaq komanda yoxdur".
Musayevin fikrincə, yeni sezon legioner limiti ləğv edilərsə, yerli oyunçular üçün sıxıntı olacaq: “Limitin ləğv edilməsinə görə sıxıntı olacaq. Yerli futbolçular bir az daha çalışmalı olacaqlar. Çünki rəqabət artacaq. Amma əgər komandalar mənasız legioner gətirib, oynadacaqsa, o zaman yerli futbolçular demək olar ki, məhv olacaq. Yerli futbolçuları itirməmək üçün Birinci Liqanın da səviyyəsi qalxmalıdır".
Mirbağırağa
saytlarin hazirlanmasi