7 il sonra "Napoli"ni tərk etdi - RƏSMİ

18:38 - 30 Dekabr 2024

İtaliyanın "Napoli" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Rariu Ruyla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Napoli" Mariu Ruyu 2017-ci ilin yayında "Roma"dan transfer etmişdi. 33 yaşlı futbolçu bu mövsüm Neapol təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.

Xəbər xətti