Futbol üzrə Albaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" bu gün doğma meydanda "Kastrioti"ni qəbul edib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb. Millimizin üzvü komandasının ilk qolunu vurub.
saytlarin hazirlanmasi