Con İrasabal “Sabah” Futbol Akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb.
Daha sonra ispaniyalı U-13 komandasına hədiyyələr təqdim edib.
Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.
saytlarin hazirlanmasi