Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura B qrupunda keçirilmiş iki oyunla yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ilk oyununda "Lənkəran" doğma azarkeşləri önündə 97-98 hesabı ilə "Ordu" klubuna məğlub olub.
Turun son görüşü Gəncədə B qrupunun liderləri arasında baş tutub. Yerli komanda "Gəncə" "Şəki" üzərində 91-77 hesablı rahat qələbə qazanıb və B qrupunda liderliyə yüksəlib.
Geridə qalmış 14 turdan sonra A qrupuna "Sabah", B qrupuna isə "Gəncə" klubu liderlik edir
saytlarin hazirlanmasi