7 qol vuruldu, Mahir Emrelinin komandası qələbə qazandı

17:56 - 8 Fevral 2025

Almaniya 2-ci Bundesliqasında 21-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Maqdeburq"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu oyunun iştirakçısı olmayıb. 27 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.

21 turdan sonra 31 xal toplayan "Nernberq" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti