FIFA qərar verdi: Türkiyə klubu azərbaycanlı futbolçuya təzminat ödədi

20:32 - 8 Fevral 2025

FIFA Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin şikayətini təmin edib.

Sportal.az xəbər verir ki, Türkiyənin "Tuzlaspor" klubu 32 yaşlı futbolçuya təzminat ödəyib. Bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli özünün sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənəlizadənin "Tuzlaspor"a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FIFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilmişdir".

Qeyd edək ki, Bəxtiyar Həsənəlızadə 2023/2024 mövsümündə "Tuzlaspor"da çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi I Liqa təmsilçisinin heyətində keçirdiyi 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda "Araz-Naxçıvan"ın formasını geyinir.

Xəbər xətti