"Şamaxı"nın kapitanı "Sumqayıt"a qarşı oynamayacaq

22:38 - 8 Fevral 2025

"Şamaxı" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Kapitan Leroy Mikels zədəlidir. Almaniyalı hücumçu komandasına kömək edə bilməyəcək.

Mikels bu mövsüm "Şamaxı"nın heyətində meydana çıxdığı meydana çıxdığı 19 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Şamaxı" - "Sumqayıt" qarşılaşması sabah saat 14:30-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Xəbər xətti