"Qalatasaray" İspaniya millisinin üzvünü transfer etmək istəyir

16:59 - 8 Fevral 2025

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi palanlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin sağ cinah müdafiəçisi mövqeyi üçün əsas hədəfi "Jirona"da çıxış edən Arnau Martinesdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qalatasaray" ispan futbolçu üçün klubuna onun müqaviləsində yer alan 14 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Arnau Martines "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü olan oyunçu bu mövsüm "Jirona"nın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti