"Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?

17:50 - 14 Fevral 2025

“Neftçi” – “Qarabağ” matçına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, “Neftçi Arena”da keçiriləcək oyuna 2 gün qalmasına baxmayaraq, artıq 4500 bilet satılıb. Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması 16 fevral tarixində, saat 19:00-da start götürəcək.

Xəbər xətti