Millimizin üzvü oynadı, HİK kubokda qələbə qazandı

14:56 - 15 Fevral 2025

Finlandiya Kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün formasını geyindiyi HİK doğma meydanda "Mariehamn"ı qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 74-cü dəqiqədə əvəzlənib.

4 turdan sonra aktivində 9 xal olan HİK A qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti