"Gəncə" evdə "Abşeron"a uduzdu

18:11 - 15 Fevral 2025

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XI turun növbəti oyunu keçirilib.

Sportal.az xəbər verir ki, Gəncə İdman Sarayında “Abşeron” komandası “Gəncə” klubunun qonağı olub. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qadınların Yüksək Liqasında növbəti oyunlar fevralın 19-da və 22-də keçiriləcək.

Yüksək Liqa 
XI tur
15 fevral

“Gəncə” - “Abşeron” 1:3 (23:25, 22:25, 25:22, 23:25)

Xəbər xətti