Azərbaycan millisinin veteran futbolçusu Rüfət Quliyev Sportal.az saytına açıqlama verib.
İranın "Esteqlal" (Tehran) klubunun heyətində legioner həyatı yaşamış Quliyev 2025/2026 sezonu Premyer Liqada komanda sayının artırılmasına və legioner limitinin ləğvinə münasibət bildirib:
"Yeni sezondan Premyer Liqada 12 komandanın olması yaxşı haldır. Ən azından 2 komanda artdı. Daha da çox olsa, lap yaxşıdır. Allah qoysa, gələcəkdə bunu da edəcəklər. Yüksək liqada komanda sayının çox olması hər mənada yaxşıdır. Ümid edək ki, qarşıdakı illərdə say da da artacaq".
Onun fikrincə, limitin ləğv edilməsi yerli oyunçular üçün yaxşı olmayacaq:
"Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçular üçün çətinlik yaradacaq. İstənilən legioner istənilən komandada istənilən qədər oynaya bilər. Yaxşı olardı ki, ölkəmizə yaxşı əcnəbi futbolçular gəlsin. Bu da bizim futbolumuzun səviyyəsindən asılıdır. Yaxşı olardı ki, bizim uşaqlara daha çox şans verilsin. Amma bizim uşaqlar məcburdurlar ki, özlərini elə hazırlasınlar, göstərsinlər ki, bura gətirilən legionerlərdən qat-qat güclü olsunlar. Klublarında da özlərinə yer tapsınlar".
Mirbağırağa