"Liverpul"un təklifini qəbul etmədi, "Real"a keçəcək

17:16 - 25 Mart 2025

Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Trent Aleksandr-Arnoldun yeni klubu müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, ingiltərəli sağ cinah müdafiəçisi "Real"la anlaşıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Aleksandr-Arnold "Liverpul"un yeni sözləşmə təklifini qəbul etməyib. 26 yaşlı futbolçu yayda "Real"a keçəcək.

Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti