"Fənərbaxça"nın sabiq baş məşqçisi Braziliya millisini çalışdıra bilər

21:22 - 27 Mart 2025

Braziliya Futbol Federasiyası (CBF) milli komandanın baş məşqçisi Dorival Juniorla yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, federasiya braziliyalı mütəxəssisin işindən narazıdır. Bu barədə "Globo" nəşri məlumat yayıb.

CBF millinin baş məşqçisi postuna axtarışları davam etdirir. Rəsmilər yığmanın "sükan"ı arxasına "Əl-Hilal"ı çalışdıran Jorje Jezusu gətirmək istəyir. Artıq portuqaliyalı məşqçi ilə danışıqlar başlayıb.

Qeyd edək ki, Jorje Jezus 2023-cü ilin yayında "Fənərbaxça"dan ayrıldıqdan sonra "Əl-Hilal"da işləməyə başlayıb.

Xəbər xətti