"Bavariya" Tomas Müllerlə müqaviləni yeniləməyəcək.
Sportal.az xəbət verir ki, "Bild"in məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi ilə aparılan iki mərhələli danışıqlardan sonra klubun ona yeni müqavilə təklif etməyəcəyi aydın olub.
Qeyd edək ki, Müller 2009-cu ildən "Bavariya"nın əsas komandasında çıxış edir. Bu mövsüm Bundesliqada 22 oyuna çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib. Təcrübəçi futbolçunun hazırkı müqaviləsi 30 iyun tarixinədək qüvvədədir.
saytlarin hazirlanmasi