Braziliya millisi baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

01:13 - 29 Mart 2025

Dorival Junior Braziliya millisi komandasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının (CBF) məlumatına görə, Dorival Junior artıq Braziliya yığmasını idarə etməyəcək. Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq, yeni baş məşqçi axtarışına da start verilib.

Qeyd edək ki, bu ay keçirilən yoldaşlıq oyunlarında Braziliya Kolumbiyanı 2:1 məğlub etsə də, Argentina-ya 1:4 hesabı ilə məğlub olub.

Xəbər xətti