"Neftçi"nin sabiq baş məşqçisi: "Mən səhv etdim, yolumdan azdım və bunun bədəlini ödədim"

22:31 - 27 Mart 2025

"Neftçi"nin sabiq rumıniyalı sabiq baş məşqçisi Adrian Mutu 2004-cü ilin sentyabrında "Çelsi"də dopinq testinin nəticəsində kokain istifadəsi aşkar edilməsindən söz açıb.

Sportal.az xəbər verir ki, son olaraq "Petrolul"da baş məşqçi olan Mutu 2023/24 mövsümünün ilk yarısında "Neftçi"ni çalışdırıb. 

"Çelsi"də oynadığım dövrdə kokain istifadəsi karyeramda edə biləcəyim ən pis qərar idi. Özümü tənha və kədərli hiss edirdim, amma nə depressiya, nə də başqa bir şey hərəkətlərimi əsaslandıra bilməzdi. Kömək istəməli idim, amma bunu etmədim. Həyatda baş verən hər şeydən dərs çıxarırsan və bu təcrübə məni daha yetkin və özünü dərk edən biri etdi. Bununla qürur duyuram.

"Çelsi"nin narkotiklərə qarşı sıfır tolerantlıq siyasəti var idi və düşünürəm ki, bu ədalətli idi. Mən səhv etdim, yolumdan azdım və bunun bədəlini ödədim. Mən çaşqın idim. Belə bir həyata öyrəşməmişdim və buna hazır deyildim. "Çelsi"yə şəxsi həyatımda çətin bir dövrdə gəldim və bir çox bəhanə və yalanların əsiri oldum. Çox gənc və çox tənha idim." - deyə 46 yaşlı mütəxəssis bildirib.

Xəbər xətti