Avropa çempionatının əsas mərhələsində çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Xorvatiya yığması ilə 3:3 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra komandamızın baş məşqçisi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:
"Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq."
saytlarin hazirlanmasi